Williams yeni tərəfdaş tapıb

Williams komandası 2020-ci il mövsümü üçün Sofina Foods şirkəti ilə müqavilə imzalayıb.

F-1.az xatırladır ki, Sofina keçən ildən britaniyalıların sponsoru olmuşdu. Kanadalı qida istehsalçısı yeni mövsümdə də Williams-la yola davam etmə qərarı alıb.

Sofina şirkətinin loqotipləri həm boks və qonaq otağında, həm də sürücülərin geyimlərində olacaq.

Kler Uilyams: “Sofina ikinci mövsüm bizimlə olacaq və buna görə də xoşbəxtik. Onlarla işləməkdən həzz alırıq və növbəti ildə də onlarla işləmək istəyirik”.