F.Massa: Fettel düz elədi

Formula1-in sabiq sürücüsü Felipe Mssa bildirib ki, Fettel daha yaxşı yerlər üçün yarışmalıdır.

F-1.az xatırladır ki, almaniyalı sürücü ilin sonunda idmandan gedir.

Felipe Massa: “Sebastyn Fettel karyerası ərzində etdiklərinə görə tərifəlayiqdir. İndiyə kimi əksər seriyalarda çoxlu çempionluqlar qazandı. Formula1 tarixinin önəmli sürücülərindəndir. Buna görə də alqışalayiqdir. Təqaüdə çıxması və həyatı ilə bağlı başqa şeylər düşünməsi gözəldir.

Onu balaca uşaq olanda tanımışdım. Kartinqə başadığı dövrü və sonrasını xatırlayıram. Daha sonra böyüdü. Formula BMW və Formula3-də yarışmağa başladı. Həmişə rəqabətədavamlı və potensiallı sürücü oldu. Formula1-də gözəl karyerası var idi. Toro Rosso-da yarışanda Montsada qalib gəldi. O yarışı xatırlayıram, çünki o vaxt çempionluq uğrunda mübarizə aparırdım.

Çox güclü idi və Red Bull tezliklə onu əsas komandaya götürdülər, O da ardıcıl dörd dəfə Dünya Çempionu titulunu qazandı. Karyerasını bitirməsi yaxşı oldu, çünki o 12-ci və ya 13-cü yer uğrunda mübarizə aparacaq pilot deyil. Ön tərəfədə yarışmalıdır. Bolidə görə bu mümkün olmurdu”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*