23 Sentyabr 2019, Bazar ertəsi - 06:59

S.Fettel özünü buludların üzərində hiss edir

S.Fettel özünü buludların üzərində hiss edir

Müəllif: Rauf Hacıyev, redaktor

11:53 - 26 Mart, 2017

Mövsümün ilk yarışında qələbə qazanan Sebastyan Vettel bildirib kiş, özünü buludların üzərində hiss edir.

F-1.az xatırladır ki, Fettel yarışa ikinci yerdən başlasa da, Lyuis Həmiltondan 6 dövrə sonra pitə girərək, liderliyə yüksəlib. Almaniyalı sürücünün qələbəsində Həmiltonu 6 dövrə ərzində arxasında saxlayan Ferstappenin də payı olub. Pitlərdən sonra britaniyalı sürücü ilə 6 saniyə fərq açan Fettel “qırmızılar”ın heyətində 4-cü qələbəsini əldə edib. Ferrari isə 10 ildən sonra ilk dəfə Avstraliyada qalib gəlib.

Sebastyan Fettel: “Hələ mövsümün əvvəlindəyik, amma hazırda özümü çox xoşbəxt hiss edirəm. Ümumən əla yarış idi. Başlanğıcda bir az gərgin idim və buna görə də istədiyim kimi start ala bilmədim. Amma daha sonra işlər qaydasına düşdü və Lyuisin fərqi artırmasına icazə vermədim. Biz buraya mübarizə aparmağa gəldik və ciddiyətimizi hamı gördü. Pirelli-ni isə təbrik edirəm. Yeni təkərlər çox möhtəşəmdir və son həddə sürə bildik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 376
Teqlər , , , ,
Paylaş

logo