S.Vandorn: “McLaren performansıma kölgə salır”

McLaren Honda komandasının sürücüsü Stoffel Vandorn bildirib ki, bolid zəif olduğu üçün istedadını göstərməkdə çətinlik çəkir.

F-1.az xatırladır ki, belçikalı sürücü mövsümün ilk yarışı Avstraliyada 2 dövrə geridə qalaraq finişdə 13-cü olmuşdu.

Stoffel Vandorn: “Rəqabətədavamlı bolidlə yarışmırsınızsa, istedadınızı göstərə bilmərsiniz. Növbəti yarışlarda çoxlu yeniliklər etməliyik. Hazırda peletondakı ən zəif komanda bizik və bütün mövsüm belə gedə bilməz. Ümid edirəm ki, problemləri qısa müddətdə həll edərik. Mən də əlimdən gələni edəcəm. Mühəndislərlə çoxlu vaxt keçirdirik və bolidi təkmilləşdirməyə çalışırıq. Ümid edirəm ki, Çində daha güclü olarıq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*