09 Dekabr 2018, Bazar - 23:32

L.Həmilton: “18 yarışın hamısını qazanmalıyam”

L.Həmilton: “18 yarışın hamısını qazanmalıyam”

Müəllif: Rauf Hacıyev, redaktor

18:07 - 20 Aprel, 2016

Mercedes AMG komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, onun hədəfi qalan 18 yarışın hamısını qazanmaqdır.

F-1.az xatırladır ki, britaniyalı sürücü ilk 3 yarışda Rosberqdən geridə qaldı və hazırda onların arasında 36 xal fərq var.

Son iki ilin çempionu çempionluq şansı barədə danışıb və bildirib ki, onun hədəfi qalan 18 yarışın hamısını qazanmaqdır: “18 yarışın hamısını qazanmalıyam. Mən hər hansı bir marafonda qaçmıram. Hazırda bizim bolidimiz ən güclüdür. Biz ən yaxşı komandayıq və hələ 18 yarış qalıb. Çempionluq çox uzaqda deyil”.

Həmiltonun komanda yoldaşı Niko Rosberq isə bildirib ki, qələbə seriyasını davam etdirmək istəyir: “Ardıcıl 6 yarış qazanmağım elə də vacib deyil. Eynilə son 3 ildəki kimi. Bu il sadəcə 3 yarış qazanmışam.

Danışmaq üçün hələ tezdir. Hələ 3 yarış keçirilib. Növbədə 18 yarış var. Formula1 tarixinin ən uzun mövsümünü keçiririk və komanda yoldaşım Lyuis Həmilton mənə cəhənnəmi hiss etdirəcək.

Əvvəlki illərdə də onu məğlub etmək çətin oldu. Bu il də digərlərindən fərqlənmir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 375
Teqlər , ,
Paylaş

logo