Williams təqdimat tarixini açıqlayıb

Britaniya mətbuatının verdiyi xəbərə əsasən Williams komandası 2020-ci il bolidini fevralın 17-də təqdim edəcək.

F-1.az xatırladır ki, 2020-ci ilin qış testlərinə artıq bir aydan az müddət qalıb. Buna görə də komandalar bir-bir təqdimat tarixini açıqlayırlar. Daha əvvəl Ferrari, McLaren, Mercedes, Renault, Alfa Romeo, Alpha Tauri və Racing Point təqdimat tarixlərini açıqlamışdılar. Red Bull-un fevtalın 12-də təqdimat etməsi gözlənilir. Haas isə yeni bolidinin üzərindəki tenti fevralın 19-da açacaq.

Lakin son iki ilin autsayderi Williams təqdimat barədə heç bir məlumat verməmişdi. İngiltərə mətbuatı bildirib ki, Formula1-in ən titullu ikinci komandası təqdimatı fevralın 17-də edəcək. Britaniyalılar ayın 17-də 2019-cu ilin bolidi ilə yeni rəng çalarlarını təqdim edəcəklər. Yeni şassi isə Barselonadakı tesrlərdə gün üzünə çıxacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*