Mercedes motor üzərində işi komandalar arasında bölüşəcək

Auto Motor und Sport həftəliyi bu gün maraqlı xəbər yayıb: həftənin sonunda başlayacaq Xeres testlərində heç də bütün müştəri komandalar […]

Auto Motor und Sport həftəliyi bu gün maraqlı xəbər yayıb: həftənin sonunda başlayacaq Xeres testlərində heç də bütün müştəri komandalar yeni Mercedes motoru ilə işləməyəcək.

F-1.az xatırladır ki, Force İndia komandası hələ əvvəldən bildirmişdi ki, mövsümöncəsi testlərin Xeresdəki ilk sessiyasına keçənilki maşınla gələcək. Ona görə də motor istehsalçısı qərar alıb ki, komandanı testlərdə keçənilki motorla təchiz etsin. Beləliklə, müştərilərdən 3 komanda: Mercedes AMG, Lotus və Williams komandaları testlərdə yeni motorla çalışacaqlar, Force İndia komandası isə keçənilki motoru test edəcək. Ona görə də mühəndislərin iki motor versiyasının göstəricilərini müqayisə etmək imkanı olacaq…

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*