Williams Bakıya, demək olar ki, yeni maşın hazırlayır

Williams komandasının rəhbəri Ceyms Vaulz Sky Germany-nin efirində mövsümün gedişində maşına ediləcək yeniliklərin qrafiki barədə danışdı…

Ceyms Vaulz: “Rəqiblərin əksinə, biz Avstriyaya heç bir yenilik gətirmədik, ona görə də bir az geri düşdük. Bu əsas səbəblərdən biridir.

Yeniləmələrə gəlincə, Silverstoun üçün biz mənim “orta yeniləmə” adlandırdığım şeyi hazırlayırıq. Daha sonra Spada və Macarıstanda kiçik təkmilləşdirmələr olacaq, sonra isə daha genişmiqyaslıları – Zandfortda maşın ciddi şəkildə yüngülləşəcək, Bakıda isə, demək olar ki, yeni maşın gətirəcəyik. Hamımız bunu səbirsizliklə gözləyirik.

Məqsədimiz – Racing Bulls və orta qrupdakı digər komandalarla aramızdakı fərqi azaltmaqdır. Bu, inkişaf tempimiz nəzərə alınsa, tamamilə mümkündür. Mən hesab etmirəm ki, bir çox digər komandalar yay fasiləsindən sonra bizim gözlədiyimiz qədər əhəmiyyətli irəliləyiş əldə edə biləcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*