Toto Volffa V8 mühərriklərinə qayıtmaq ideyası xoş gəlir

Toto Volff Formula1-ə V8 mühərriklərinin qaytarılması ideyasını dəstəkləyir və biz onun fikrini artıq təqdim etmişdik, lakin RacingNews365-ə müsahibəsində Mercedes komandasının rəhbəri bu mövzudakı müzakirələrin gedişi ilə bağlı əlavə təfərrüatı bölüşüb.

Toto Volff: “Mən Muhəmməd Ben Sulayemlə (FİA prezidenti), Stefano Domenikaliylə (Formula1-in prezidenti və icraçı direktoru) və digər mühərrik istehsalçıları ilə ünsiyyətdəyəm.

Hazırda istifadə etdiyimiz güc qurğuları çox mürəkkəbdir və biz onların xüsusiyyətlərini yalnız indi tam anlamağa başlayırıq, çünki onlar yarışların xarakterini dəyişiblər. Bəzilərinin xoşuna bazar günləri traslərdə baş verən çoxsaylı ötmələr gəlir, digərlərinin isə yox, amma qalib gələnlər məhz dəyişikliklərə daha yaxşı uyğunlaşa bilən sürücülər olur.

Şəxsən mən startdan əvvəl 10 saniyə ərzində maşınlarda turbinlərin yüksək dövrlərə qalxmasının səsini eşidə bilmirəm – bütün bunlar yanğın siqnalını xatırladır.

Lyuisə Həmiltona baxın – onun yarışlara yanaşması dəyişib və nəticələri də nəzərəçarpacaq dərəcədə yaxşılaşıb. Kimi Antonellidə bunun öhdəsindən əla gəlir, qAlanlar isə uyğunlaşmağa məcburdur.

Amma orta müddətli perspektivdə – söhbət indi üç-dörd illik dövrdən gedir – biz gücün 50 faizdən çoxunu verən daxiliyanma mühərriklərinə (DYM) qayıdacağıq.

FIA prezidenti V8 mühərriklərinin qayıtmasını istəyir, çünki onların səsi gözəldir, batareyanın gücü isə məhdudlaşdırılmalıdır. Polürəm ki, daxiliyanma mühərriki ilə hibrid hissə arasında güc nisbəti təxminən 80:20 olacaq və belə güc qurğuları 1000 at qüvvəsinə yaxın güc hasil edəcək.

Onların atmosferik olub-olmayacağına əmin deyiləm, amma düşünürəm ki, Formula1 məhz bu istiqamətdə irəliləyir. Mən purist olduğum üçün bu ideya mənim xoşuma gəlir”.

2027 və 2028-ci illərdə Formula1, 2026-cı il reqlamentində əvvəlcədən nəzərdə tutulmuş daxiliyanma mühərriki ilə hibrid sistem arasında 50:50 güc nisbətindən tədricən 60:40-a keçəcək və buna yanacağın kütləvi sərfinin artırılması hesabına nail olunmalıdır. Eyni zamanda Volff bunun niyə dərhal mümkün olmadığını və artıq gələn mövsümdən bu nisbətə keçməyin niyə alınmadığını izah edib:

“2027-ci ildə növbəti addımı atacağıq, sonra isə daha birini, amma bunun üçün mühərrikin konstruksiyasında dəyişikliklər edilməlidir. Yanacağın kütləvi sərfini artırdıqda, istiqamət də məhz buna götürülüb, güc artır, deməli, mühərrikin müəyyən detallarını buna uyğunlaşdırmaq lazımdır. Biz artıq gələn ilə qədər mühərrikin gücünü 50 kVt artırmaq istəyirdik, amma Ferrari bu ideyanı blokladı, buna görə ilk addım 20 kVt səviyyəsində olacaq, 2028-ci ildə isə bu göstərici 50 kVt-a çatacaq”.

, ,