McLaren FİA-ya səslənib: Qaydaları sadələşdirin!

McLaren komandasının başçısı Andrea Stella FİA-nı qaydaları sadələşdirməyi düşünməyə çağırıb.

F-1.az xəbər verir ki, hər il istər texniki, istər idman, istərsə də maliyyə reqlamentinin dəyişməsi çempionatın iştirakçıları tərəfindən birmənalı qarşılanmır. Stellanın fikrincə, qaydaların sadələşdirilməsi təkcə çempionat iştirakçılarının işini asanlaşdırmayacaq, həm də FİA-nın özü üçün qaydalara əməl olunmasına nəzarət etmək asanlaşacaq.

Andrea Stella: “Biz yalnız texniki reqlament və aerodinamika ilə məşğul olmuruq. Formula1 komandasına nəzər salsanız görərsiniz ki, bu, xüsusilə bu günlərdə çox mürəkkəb təşkilatdır. Deyərdim ki, komandanın işlədiyi normativ baza keçmişlə müqayisədə xeyli mürəkkəbləşib.

Maliyyə qaydalarını düşünün. Bu, çox çətindir və bütün tərəflər üçün – təkcə komandalar üçün deyil, FİA üçün də çətindir. Təsəvvür edin ki, FIA bütün bəyannamələri və qeydləri yoxlamaq üçün nə qədər vaxt ayırır. Bu iş aylar çəkir və bu, artıq sübut olunmuş faktdır.

Əlbəttə, biz McLaren-də qaydaların sadələşdirilməsinin tərəfdarıyıq və bu ideyanı FİA-ya çatdıracağıq. Biz mütləq bu istiqaməti seçirik, çünki hazırda Formula1 komandasını idarə etmək kifayət qədər çətindir. Komandalar üçün əvvəlkindən daha çətindir, lakin FİA üçün hər şeyə nəzarət etmək daha çətindir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*