Sinqapur Qran Prisi: Pirelli – Soft və SuperSoft

Pirelli Sinqapura ən yumşaq təkər cütlüyünü – Soft və SuperSoft tərkiblərini gətirəcək. Keçən il bu cütlük müxtəlif taktiki seçimlərə əsas […]

Pirelli Sinqapura ən yumşaq təkər cütlüyünü – Soft və SuperSoft tərkiblərini gətirəcək. Keçən il bu cütlük müxtəlif taktiki seçimlərə əsas vermişdi: müxtəlif komandaların sürücülər pit-leynə 2-5 dəfə girmişdilər. Trasın çətinliklərinədn söz açan Pirelli Motorsport-un başçısı Pol Hembri proqnoz verməkdən qaçıb…

Pol Hembri: “Düzünü desəm, mənim Sinqapur Qran Prisindən çox xoşum gəlir: gecə yarışı çox baxımlı olur. Amma bizim işin çox çətinlikləri var. Yarış projektorların işığı altında baş tutur, yəni adi yarış uik-endi kimi keçmir.

Taktikanın seçimi zamanı əsas faktor Təhlükəsizlik Maşını olacaq – hətta autsayderlər də qazana bilərlər.

Trasda rütubət yüksək səviyyədə olur, amma hələ yarış zamanı yağış yağmayıb. Keçən il Fettel qələbə qazanmışdı, həm də 3 pit-stop etmişdi. Bu dəfə favorit kimin olmasını qabaqcadan söyləmək çox çətindir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Sinqapur Qran Prisi: Pirelli – Soft və SuperSoft

Sinqapurda Pirelli şirkəti komandalara “yumşaq” tərkib cütlüyünü təqdim edəcək – Soft və SuperSoft, mövsümdə bu cütlükdən Monako, Kanada və Macarıstanda […]

Sinqapurda Pirelli şirkəti komandalara “yumşaq” tərkib cütlüyünü təqdim edəcək – Soft və SuperSoft, mövsümdə bu cütlükdən Monako, Kanada və Macarıstanda istifadə olunub. Uik-end ərəfəsində şirkətin idman proqramları başçısı Pol Hembri şəhər trasının xüsusiyyətlərindən danışıb…

Pol Hembri: “Sinqapur yarışı Formula1-də özünəməxüsus yer tutur. Trasın nadirliyi komandaların sazlanmalarüzərindəki işini daha da çətinləşdirir, ona görə də komandalar müxtəlif sazlanmalardan istifadə edirlər. Bizim təkərlər sazlanmaların geniş diapazonunda effektiv olmalıdır, amma Sinqapur yarışı mövsümün gedişində ən ciddi çağırışdır.

Bizi isti hava gözləyir, yüksək rütubət üzündən isti hava Sinqapurda xüsusilə nəzərə çarpır, amma bu şərait təkərlərin işçi diapazonu çərçivəsinə uyğun gəlir. Hərçənd, qarşıdakı uik-end təkərin işi asan olmayacaq – Monakoya nisbətən tras təkərlərə qarşı tələbkardır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*