Sabahkı iki vacib iclas…

Sabah, mayın 19-da FOTA-nın Monakoda iclası ilə paralel olaraq, Parisdə Ferrari-nin iddiası əsasında məhkəmə iclası keçiriləcək. Biz artıq bildirmişdik ki, […]

Sabah, mayın 19-da FOTA-nın Monakoda iclası ilə paralel olaraq, Parisdə Ferrari-nin iddiası əsasında məhkəmə iclası keçiriləcək. Biz artıq bildirmişdik ki, Skuderiya federasiyanı məhkəməyə verib, komanda bununla FİA-nın komandaların büdcələrini məhdudlaşdırmaq qərarına qadağa qoymaq istəyir.

2005-ci ildə Ferrari-dən başqa digər avtoistehsalçılar birləşərək alternativ çempionat təşkil etmək istəyirdilər, o zaman Skuderiya Maks Mosli və Berni Ekklstounla 2012-ci ilə kimi çempionatı tərk etməyəcəyi barədə müqavilə bağlamışdı, əvəzində komandaya maliyyə güzəştləri və reqlamentdə stabilliyə zəmanət söz verilmişdi. İndi isə reqlamentdə ikili versiya peyda olan zaman, Ferrari-nin hüquqşünasları həmin müqavilənin pozulmasını bildiriblər və FİA-nın Ümumdünya Şurasının qəbul etdikləri qərarları ləğv etmək istəyirlər.

FİA prezidenti Maks Mosli hesab edir ki, Ferrari müqavilə hüququnu itirib, çünki şirkətin başçısı indi FOTA-ya başçılıq edir…

Maks Mosli: “Əslində, Ferrari bizim razılaşmanı birinci pozub – FOTA formalaşrkən. Ona qədər onlar FİA-ya yaxşı münasibət bəsləyirdilər və əməkdaşlığa hazır idilər. Enzo Ferrari həmişə Britaniya komandaları və çempionat rəhbərliyi arasında mövqe tuturdu və öz maraqlarını müdafiə edirdi.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*