K.Rəykkönen məyus olsa da, komanda üçün şaddır

Ferrari mühəndislərinin ciddi işi və komandanın inkişafı artıq Barselonada özünü göstərmişdi, amma Monakoda Kimi Rəykkönen və Felipe Massa yalnız çempionatın […]

Ferrari mühəndislərinin ciddi işi və komandanın inkişafı artıq Barselonada özünü göstərmişdi, amma Monakoda Kimi Rəykkönen və Felipe Massa yalnız çempionatın liderlərinə uduzublar. Günün yekunlarını şərh edən finlandiyalı sürücü bildirib ki, üçüncü yer onu məyus etsə də, komandaya görə çox şaddır…

Kimi Rəykkönen: “Mövsümün çətin başlanğıcını nəzərə alsaq, biz bu nəticələrə görə sevinməliyik, bu nəticələr komanda üçün olduqca vacib idi, amma mən daha yaxşı nəticəyə ümid edirdim və bir az məyus oldum.

Mən ikinci yerdən start almaqla keçən il də startda yerimi uduzumuşdum, trayektoriyadan kənarda tras çox sürüşkəndir, həm də əsas rəqiblərim asfalta daha yaxşı ilişən yumşaq təkərlərlə start aldılar, bu da onlara kömək etdi. Rubensin problemləri üzündən mən trasda vaxt itirməyə başladım, ona görə də birinci pit-stopa vaxtından çox əvvəl getməli oldum. İkinci pit-stopa Rubensdən sonra yollansam da, trasa onun arxasında qayıtdım. Bundan sonra isə hamımız sadəcə finişə getməyə başladıq.

Biz hələlik istədiyimiz yerdə deyilik, hələ çox iş görməliyik, amma komanda böyük iş görüb, biz maşını ciddi təkmilləşdirmişik və artıq liderlər qrupunda mübarizə aparırıq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*