13 Noyabr 2019, Çərşənbə - 13:55

R.Kubitsa hospitalı tərk edib

R.Kubitsa hospitalı tərk edib

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

17:54 - 23 Yanvar, 2012

Robert Kubitsa yenidən ayağını sındırdıqdan sonra əməliyyat olunduğu hospitaldan evə buraxılıb. Carlo Poma di Mantova hospitalındakı tibbi müayinə görstərib ki, […]

Robert Kubitsa yenidən ayağını sındırdıqdan sonra əməliyyat olunduğu hospitaldan evə buraxılıb.

Carlo Poma di Mantova hospitalındakı tibbi müayinə görstərib ki, sürücünün keçən il sındırdığı baldır sümüyü düzgün bitişməyib, məhz buna görə də sürücü yataqda uzun müddət vaxt keçirməli olub.

İndi Kubitsa məşqlərini də dayandırıb və yalnız gələn aydan onları canlandıra biləcək. İstənilən halda, polşalı sürücü sağ əlinin sinir sistemin tam bərpasından sonra sükan arxasına qayıda bilər – bu proses bir neçə ay çəkməlidir…


R.Kubitsa hospitalı tərk edib

R.Kubitsa hospitalı tərk edib

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

18:05 - 24 Aprel, 2011

Dünən axşam Robert Kubitsa son 76 günü keçirdiyi Santa Corona hospitalını tərk edib… Yerli ivg.it xəbər agentliyi hospitalın mətbuat xidmətinin […]

Dünən axşam Robert Kubitsa son 76 günü keçirdiyi Santa Corona hospitalını tərk edib…

Yerli ivg.it xəbər agentliyi hospitalın mətbuat xidmətinin yaydığı relizdən bəzi hissəsələri qeyd edib: “Robert Kubitsa Santa Corona-nı tərk edib, onun vəziyyəti yaxşıdır, indi o bizim klinikadan kənarda bərpa prosesinin yeni mərhələsinə başalaya bilər. Sürücünü müalicə edən həkimlərimiz hazırlanmış qrafik üzrə Robertin sağlamlığına nəzarət edəcəklər.”

Xatırladaq ki, bir neçə gün əvvəl Robert Lotus Renault GP komandasının mətbuat xidmətinə müsahibə vermişdi və demişdi ki, hospitalı tərk etdikdən sonra Rikkardo Çekkarellinin klinikasında müalicəsini davam etdirəcək və ilk məşqlərə başlayacaq.

Çekkarelli isə Gazzetta dello Sport-a müsahibəsində proqnozlarda ehtiyatlı olmuş və bildirmişdi ki, sürücünün Formula1-də karyerasını davam etdirəcəyini yayın ortalarında dəqiq demək olacaq…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 302
Teqlər
Paylaş

logo