23 Oktyabr 2019, Çərşənbə - 22:40

X.Algersuari özünü oyuncaq hiss edib

X.Algersuari özünü oyuncaq hiss edib

Müəllif: Rauf Hacıyev, redaktor

16:10 - 21 Mart, 2019

Sabiq Formula1 sürücüsü Xayme Algersuari bildirib ki, avtoidmanın zirvəsi olan Formula1-də yarışarkən özünü oyuncaq kimi hiss edib.

F-1.az xatırladır ki, ispaniyalı sürücü 2009-2011-ci illərdə Toro Rosso ilə yarışmışdı. Daha sonra Formula E-də yarışan 28 yaşlı sürücü 2015-ci ildə yarış karyerasını bitirmişdi.

Xayme Algersuari: “Ayrılanda hamıya nifrət etdim. Əgər hazır deyilsinizsə və Formula1 kimi kapitalist bir dünyaya girisinizsə, oyuncaqdan fərqiniz olmur. Bir markanı təmsil edirsiniz və dostlarınızın kim olduğunu bilmirsiniz. Həyatınız yalandan ibarət olur. Formula1-də öz fikriniz ola bilməz. Mən bolidimin zəif olduğunu və rəqiblərlə fərq olduğunu demişdim. Amma məni qovduqlarında onları düşmən kimi görmək asan idi. Amma məni Formula1-ə gətirdikləri üçün təşəkkür etməli idim. Yarışmağım üçün mənə sərmayə qoydular və onlara minnətdaram”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 281
Teqlər
Paylaş

logo