12 Noyabr 2019, Çərşənbə axşamı - 07:04

2017-ci ilin təkərləri ilə pit-stop (video)

2017-ci ilin təkərləri ilə pit-stop (video)

Müəllif: Elçin Zodorov, redaktor

19:20 - 10 Fevral, 2017

Bu mövsüm reqlamentdəki dəyişikliklər özünü ancaq şassidə göstərməyəcək. Biz həm də Pirelli-nin hazırladığı daha enli təkərləri görəcəyik. 2017-ci ildə ön təkərlərin eni 305 mm-dək böyüyəcək, təkərin disklə birlikdə eni isə 385 mm-ə çatacaq. Arxa təkərlərdə isə bu ölçülər müvafiq olaraq 405 mm və 470 mm olacaq.

F-1.az bildirir ki, bu gün Mercedes AMG-nin mətbuat xidməti qısa bir video-çarx hazırlayıb. Komandanın mexanikləri yeni təkərlərin dəyişidirilməsinin üzərində işləyiblər. Mercedes AMG-nin yeni sürücüsü Valtteri Bottas komandanın Berklidəki bazasına gəlib və məşqləri izləyib. Finlandiyalı sürücünün bazaya baş çəkməsinin digər səbəbi isə bu il əməkdaşlıq edəcəyi mühəndis və mexaniklərlə tanışlıq olub.

Təkərlərin daha enli olması çox güman ki, sürücülərin pit-stoplarda daha çox vaxt itirməsinə səbəb olacaq…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 920
Teqlər , ,
Paylaş

logo