M.Şumaher: “Mən yarışdan həzz aldım”

Ross Braunun bu il başçılıq etdiyi Mercedes GP komandasının debütü keçən il başçılıq etdiyi Brawn GP komandasının debütü kimi parlaq […]

Ross Braunun bu il başçılıq etdiyi Mercedes GP komandasının debütü keçən il başçılıq etdiyi Brawn GP komandasının debütü kimi parlaq olmayıb – keçənilki qələbə dublunun əvəzinə komanda bu il Niko Rosberqin beşinci və Mixael Şumaherin altıncı yerləri ilə kifayətlənməli olub. Təcrübəli alman sürücü “debüt” yarışından və komandanın Bəhreyn Qran Prisində işindən razı qalıb…

Mixael Şumaher: “Üçillik fasilədən sonra sevinclə deməliyəm ki, mən yarışdan həzz aldım, xüsusilə də yarışın əvvəlində, axı mən əla start almışdım. Finişdə altıncı yer məni qane edir, bu mənə və komandaya inkişaf üçün yaxşı baza olacaq. Əminəm ki, biz mövsümün gedişində maşını təkmilləşdirə biləcəyik.

Mənim komanda ilə əməkdaşlığım əla gedir, bu yarışda komanda mən çox dəstək oldu, hər bir kəsə təşəkkür edirəm. Hamı başa düşür ki, biz hələ çox çalışmalıyıq, amma biz istədiyimiz hər bir şeyi edə bilərik. Bizi maraqlı mövsüm gözləyir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*