D.Rikkardo: Zehni cəhətdən hazır deyiləm

Formula1-ə müvəqqəti fasilə verən Daniel Rikkardo bildirib ki, İndycar-da yarışmağa hələ hazır deyil.

F-1.az xatıraldır ki, avstraliyalı sürücü gələn il Red Bull-un ehtiyat pilotu olacaq. Lakin aktiv halda yarışmayacaq. Əksəriyyət düşünüt ki, 33 yaşlı pilot bir il İndyCar-da yarışmalıdır.

Daniel Rikkardo: “Bir neçə İndyCar sürücüsü mənimlə danışdı və dedilər ki, buranı sevəcəksən. Çox təriflədilər. Məncə də, orada rəqabət əladır. Əksər yarışlara baxıram və həzz alıram. Amma zehni cəhətdən o nöqtədə deyiləm. Sadəcə Formula1 barədə düşünürəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*