15 Oktyabr 2019, Çərşənbə axşamı - 04:04

Motorlardan istifadə statistikası

Motorlardan istifadə statistikası

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

14:13 - 03 Oktyabr, 2009

Builki reqlament sürücülərə mövsümün gedişində səkkiz motordan istifadə etməyə imkan verir, amma doqquzuncu və ya sonrakı motorlar startda on yer […]

Builki reqlament sürücülərə mövsümün gedişində səkkiz motordan istifadə etməyə imkan verir, amma doqquzuncu və ya sonrakı motorlar startda on yer itirməklə cərimə olunacaq. Rəsmi saytın jurnalistləri arxada qalmış 14 Qran Pridə sürücülərin istifadə etdikləri motorları sayıblar, amma onların qalan resurslarını dəqiqləşdirməyiblər.

Sinqapurda Nik Haydfeld birinci olaraq doqquzuncu motora keçib – sıralanma turundan sonra məlum olmuşdu ki, onun maşını reqlamentin icazə verdiyi həddən yüngüldür. Nik pit-leyndən start almalı olduğu üçün BMW Sauber fürsətdən sitifadə edərək motoru və ötürmələr qutusunu da əvəz etmişdilər.

Qalan sürücülər hələ icazə verilən səkkiz motoru işlədirlər. Səkkizinci motorlar Fettel və Kubitsanın maşınlarında çalışır, Uebber, Brawn GP, Ferrari, Force İndia, McLaren, Toyota və Williams sürücüləri yeddinci motordan yararlanırlar. Altı motor isə yalnız iki komandada – Renault və Toro Rosso-da işlədilib…


Motorlardan istifadə statistikası

Motorlardan istifadə statistikası

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

18:43 - 22 Sentyabr, 2009

Builki reqlament sürücülərə mövsümün gedişində səkkiz motordan istifadə etməyə imkan verir, amma doqquzuncu və ya sonrakı motorlar startda on yer […]

Builki reqlament sürücülərə mövsümün gedişində səkkiz motordan istifadə etməyə imkan verir, amma doqquzuncu və ya sonrakı motorlar startda on yer itirməklə cərimə olunacaq. Rəsmi saytın jurnalistləri arxada qalmış 13 Qran Pridə sürücülərin istifadə etdikləri motorları sayıblar, amma onların qalan resurslarını dəqiqləşdirməyiblər.

Mövsümün sonuna dörd yarış qalmış səkkizinci motordan yalnız Sebastyan Fettelin maşınında istifadə olunub (Renault motoru).

McLaren Mercedes, Force İndia və Brawn GP (Mercedes motorları), Toyota və Williams (Toyota motorları), BMW Sauber (BMW motoru) komandalarının hər iki sürücüsü və Mark Uebber (Renault motoru) artıq yeddinci motordan istifadə ediblər.

Maraqlıdır ki, Renault-nun zavod komandası hələlik altı motordan istifadə edib, Ferrari və Toro Rosso (Ferrari motorları) sürücülərinin də ixtiyarında iki təzə motor qalıb…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 299
Teqlər
Paylaş

logo