US F1 komandası FOTA-ya daxil olmaq üçün müraciət edib

US F1 komandası Formula1-in yeni komandalarından birinci olaraq FOTA-ya daxil olmaq üçün ərizə verib. Hazırda assosiasiyaya səkkiz komanda daxildir, çünki […]

US F1 komandası Formula1-in yeni komandalarından birinci olaraq FOTA-ya daxil olmaq üçün ərizə verib. Hazırda assosiasiyaya səkkiz komanda daxildir, çünki Williams və Force İndia məlum səbəblər üzündən FOTA-nı tərk etmişdilər. Çempionatın yeni iştirakçıalrı – US F1, Campos və Manor komandaları FOTA-ya daxil olmaq dəvətini alıblar və bunu üçün nə etmək lazım olduğu barədə məlumatlandırılıblar…

Autosport saytının verdiyi xəbərə görə, Amerikanın US F1 komandası artıq ilk addımıa tıb və indi komandanın ərizəsinə İtaliya Qran Prisi günlərində FOTA-nın icraiyyə komitəsində baxılacaqdır. Bundan başqa FOTA Williams və Force İndia komandaları ilə də danışıqları davam etdirir. Force İndia komandasının baş əməliyyat direktoru Saymon Roberts bildirib ki, Spa yarışından sonra bu məsələni komandanın sahibi Vicey Malya ilə müzakirə edəcək…

Saymon Roberts: “Məncə, bizi yenidən FOTA-ya daxil olmağa çağırırlar. Biz təşkilatın işində yaxşı iştirak edirdik, hətta FOTA-nın avqust ayında fasiləyə çıxmaq təklifinə də qoşulduq və bundan çox razı qaldıq.

Amma düzünü desəm, biz çox məşğul idik. Hazırda komanda uğur qazandıqdan sonra, bir az rahatlaşmalıyıq, vəziyyəti Viceylə müzakirə etməliyik, bundan sonra FOTA-nən təklifini qəbul etmək olar.”

Williams isə bir qədər başqa mövqedədir: komanda etiraf edir ki, təşkilata qayıtmaq məsələsi hələ həll olunmayıb…

Frənk Uilyams: “Onlarla münasibətlərimiz isti deyil, amma biz düşmən deyilik. Müəyyən çətinliklər var: biz hamıdan əvvəl gələn ilin dünya çempionatında iştirak etmək üçün ərizə verdik və hamıdan əvvəl Razılıq Müqaviləsini imzaladıq.

Buna səbəb isə hər şeydən əvvəl bizim sponsorlarımızın tələbləri idi…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*