22 May 2019, Çərşənbə - 02:58

S.Fettel: “Mən hələ də titulu qazana bilərəm!”

S.Fettel: “Mən hələ də titulu qazana bilərəm!”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

20:41 - 04 Oktyabr, 2009

Sebastyan Fettel bu gün RB5-in yapon trasında sürət üstünlüyündən tam yararlana bilib: o koamndanın hazırladığı strategiyanı dəqiq realizə etməklə mövsümdə […]

Sebastyan Fettel bu gün RB5-in yapon trasında sürət üstünlüyündən tam yararlana bilib: o koamndanın hazırladığı strategiyanı dəqiq realizə etməklə mövsümdə üçüncü qələbəsini qazanıb. Finişdən sonra mətbuat konfransında alman sürücü sevincini gizlətməyib və titula şansından danışıb…

Sebastyan Fettel: “Əla yarış oldu! Dünən mən poul qazanmışdım və bununla da rəqiblərim üzərində taktiki üstünlüyüm var idi, amma əvvəlcə yaxşı start alamq lazım idi. Biz əmin idik ki, hər şey yaxşı keçəcək, amma mövsümün əvvəlində start heç də həmişə yaxşı alınmırdı. Mən mövqeyimi qorumağa hazır idim, amma düşünmürdüm ki, mübarizə bu dərəcədə gərgin olacaq: birinci dövrəyə yaxınlaaşnda sol tərəfdə McLaren-i gördüm, amma döngənin daxili radiusunda olduğum üçün üstünlük məndə idi.

Bundan sonra mən sadəcə dövrələri sürətlə keçməyə çalışırdım və rəqiblərimdən uzaqlaşa bildim. Mən Yarno və Lyuisdən sonra pitə getməli idim və bizdə hər şey alındı. Finişdən bir qədər əvvəl mən çox sürətli dövrə keçdim, öz kefim üçün, amma mühəndisim məndən xahiş etdi ki, təkərləri qoruyum, çünki Təhlükəsizlik Maşını trasa çıxa bilər, belə də oldu, bir neçə dövrədən sonra. Restartı da yaxşı keçirdim, rəqiblərimdən uzaqlaşdım və yarışda qələbə qazandım. Nəhayət, bu baş verdi! Əvvəlki bir neçə yarışda biz uğursuz çıxış etmişdik, ona görə də yenidən podiumun zirvəsinə qayıtmağa çox şadam.”

İndi mən Censondan 16 xal geri qalıram. Mən hələ də titulu qazana bilərəm! Əlbəttə, mövsümün sonuna iki deyil, dörd yarışa qalsa idi daha yaxşı olardı. Amma biz bura yarışmağa gəlmişik və ümid edirəm ki, daha iki qələbə qazana bilərik. Bizim yaxşı maşınımız var, əvvəlki kimi inkişaf edirik, baxaq görək nə olacaq.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 202
Teqlər
Paylaş

logo