Bu gün ser F.Uilyamsın 70 yaşı tamam olub

Bu gün Formula1 paddokunun ən hörmətli insanlarından biri, Britaniya imperiyasının Çəngavər-komandoru və Fəxri legion ordeninin kavaleri ser Frənk Uilyamsın 70 […]

Bu gün Formula1 paddokunun ən hörmətli insanlarından biri, Britaniya imperiyasının Çəngavər-komandoru və Fəxri legion ordeninin kavaleri ser Frənk Uilyamsın 70 yaşı tamam olub.

Frənk İngiltərənin şimalında kasıb bir ailədə dünyaya gəlib, keçən əsrin 50-ci illərində baş verən hadisə Frəbkin həyatını köklü dəyişib. Dostlarından biri ona Jaguar idman maşınını sürməyə verib, elə həmin an Frənk sürətə aşiq olub. Uilyams gecə-gündüz işləməyə hazır idi, təki yarışlarda iştirak etmək imkanı olsun. Onun inadkarlığı, məqsədyönlüyü bir neçə məğlubiyyəti dəf etməyə kömək edib, çünki onun yerində başqa birisi çoxdan əllərini yanına salardı.

Frənkin 25 yaşı tamam olanda öz idman karyerasına son qoyub və bu sahədə biznesə başlayıb. Qısa müddət ərzində əvvəlcə Britaniya, sonra isə Avropa arenalarında hörmət qazanıb. O, maşınlarına istənilən loqotipi yapşdırmağa, sükan arxasına istənilən sürücünü oturtmağa hazır idi, təki təcrübə toplasın və inkişaf etsin.

Keçən ilin 70-ci illərində Williams komandası Formula1-də yerini bərkidib və Frənk ömründə ilk dəfə komandanın rəhbərliyinə kənar şəxsi dəvət edib. Kanadalı milyoner Valter Volf bir neçə ildən sonra Frənki qapı arxasında qoyub – Frənk isə yenidən təmzi vərəqdən başlamalı olub.

Sadiq dostu Patrik Hedin dəstəyilə Didkotda boş qalan xalça anbarını icarəyə götürürək, Uilyams Williams Grand Prix Engineering layihəsinə start verir. Elə debüt ilində, 1978-ci ildə ilk podium qazanılır. 1979-cu ildə komanda ilk qələbəsinə sevinir, 1980-ci ildə isə Alan Cons Frənkə çempion titilunu və Kley Reqatsoni ilə birlikdə Mühəndislər Kubokunu qazandırır. Sonra qazanılan titulların sayı lap çox olur.

1986-cı ilin yayında Uilyams ağır günlər keçirir. Lə Kastelledə testlərdən qayıdarkən Frənk qəzaya uğrayır – onun olduğu maşın körpüdən aşağı düşür. Həkimlər onun həyatını xilas edə bildilər, amma Frənk ömürlük əlil kreslosuna bağlanmış oldu. Amma Frənk paddoka qayıda bildi və hələ bir neçə il komandasını qələbədən qələbəyə apardı.

Son illər komanda üçün uğursuz keçir, varlı avtoistehsalçılarla mübarizə aparmaq çox çətindir, amma Uilyamsın Formula1-də etdikləri onun adını Enzo Ferrari, Kolin Çəpmən və Ken Tirrellə yanaşı yazmağa imkan verir.

Biz də, saytımızın adından ser Frənk Uilyamsı ad günü münasibətilə təbrik edirik, uzun ömür və can sağlığı arzu edirik”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*