Rəsmən: Rikkardo ilə McLaren yollarını ayırıb

Daniel Rikkardo və McLaren komandası rəsmi olaraq bildiriblər ki, mövsümün sonunda yollarını ayıracaqlar.

F-1.az xatırladır ki, Rikkardo komandaya 2021-ci ildə qoşulsa da, iki ildir ki, bolidə öyrəşməkdə çətinlik çəkir və komanda yoldaşə Norrisə böyük fərqlə uduzur. Buna görə də McLaren bir neçə həftə əvvəl yolları ayırmaq üçün proses başladıb. Bu danışıqlar artıq başa çatıb və tərəflər yollarını ayırmağa qərar veriblər. Bu xəbəri avstraliyalı sürücü rəsmən elan edib.

Qeyd edək ki, Danielin komanda ilə müqaviləsi keçən ilin sonunda bitəcəkdi. Lakin 33 yaşlı pilot bütün çətinliklərə baxmayaraq, komandadan ayrılmayacağını demişdi. Lakin işlərin düzəlməməsinə görə tərəflər ayrılıq qərarı alıblar. Rəsmi olaraq açıqlanmasa da, Daniel komandadan gələn ilin maaşını da alacaq.

Daniel Rikkardonu isə böyük ehtimalla yerlisi Oskar Piastri əvəz edəcək. Avstraliyalı pilotun gələn il Alpine ya da Haas-da yarışacağı iddia edilir.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*