10 Dekabr 2018, Bazar ertəsi - 23:59

D.Rikkardo: “Yarış tempimiz yaxşıdır”

D.Rikkardo: “Yarış tempimiz yaxşıdır”

Müəllif: Rauf Hacıyev, redaktor

17:02 - 13 Aprel, 2018

Red Bull komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, sıralanma turu onlar üçün çətin keçəcək, amma yarış tempində çox güclüdürlər.

F-1.az bildirir ki, avstraliyalı sürücü cümə gününü 9-cu yerdə bağlayıb. 28 yaşlı sürücü UltraSoft təkərlərlə sıralanma tempində çətinlik çəkib.

Daniel Rikkardo: “Normal gün idi. UltraSoft təkərlərlə vurduğumuz dövrələr yaxşı deyildi. Buna görə də sazlanmalarda dəyişikliklər edib özümüzü təkmilləşdirməliyik. Xüsusən də Soft və Medium təkərlərlə çox güclüyük. Buna görə də yarışa ümidimiz var.

Sözün açığı, cümə günləri mənim üçün həmişə çətin olub. Mən sıralanma turu və yarışı sevirəm. Sərbəst yürüşlər və testlər çox vacib deyil. Mən də sizin kimi yarışı sevirəm. Görək sabah necə olacaq. Sonuncu sərbəst yürüşlərdə bolidi təkmilləşdirə bilsək, yaxşı nəticə ala bilərik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 192
Teqlər , , ,
Paylaş

logo