17 Oktyabr 2019, Cümə axşamı - 09:27

M.Hakkinen: “Mixael qələbə qazanmaq üçün qayıdıb”

M.Hakkinen: “Mixael qələbə qazanmaq üçün qayıdıb”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

12:25 - 08 Mart, 2010

Mika Hakkinen Formula1-i tərk edəndə cəmi 33 yaşı var idi, heç də həmişə uğurlu olmayan karyerasını başa vurarkən finlandiyalı sürücü […]

Mika Hakkinen Formula1-i tərk edəndə cəmi 33 yaşı var idi, heç də həmişə uğurlu olmayan karyerasını başa vurarkən finlandiyalı sürücü ikiqat dünya çempionu idi. Bu həftə Mika Abu Dabidə Laureus Sport for Good fondunu təmsil edib, onun keçmiş rəqibi Mixael Şumaher isə çempionata qayıtmağa hazırlaşır.

Mika Mixaeldən bir neçə ay böyükdür, jurnalistlər finlandiyalı sürücüdən Mxiaelin qayıtmasına münasibət bildirməsini xahiş ediblər…

Mika Hakkinen: “Mən başa düşürüəm ki, niyə Mixael belə bir qərar qəbul edib. Belə bir yaşda sizin eviniz, ailəniz, uşaqlarınız var, amma bəzən bu kifayət etmir. Bu Mixaelin şəxsi qərarıdır. Mixaeldə yarışlara ehtiras qalıb – bu aşkardır. O gənc sürücüləri qabalamağa əmin olmasa idi, qayıtmazdı. O qələbə qazanmaq üçün qayıdıb.

Əlbəttə, bir çox çətinlikləri dəf etmək, yeni trasları öyrənmək lazım gələcək. “Mən qalib gələcəm” – demək kifayət deyil, Ferrari və McLaren-lə mübarizə aparmaq asan olmayacaq, amma Ross Braun və Mercedes bu mübarizəyə hazırdırlar. Mən Mercedes barədə hər şeyi bilirəm, görürəm ki, onlar necə ciddi kökləniblər. Komanda Mixaelə kömək etmək üçün hər şeyi edəcək.

Fiziki forma? Mixael əvvəllər olduğu kimi yaxşı formadadır, o ən sağlam sürücüdür, o dəqiq bilir ki, qələbə üçün nə lazımdır.

Mən də yarışlara qayıtmaq barədə düşünürdüm. Sizin həyatınız beş yaşından yarışlarda keçirsə, bundan imtina etmək çətindir, amma Formula1-ə qayıtmağı heç vaxt ciddi nəzərdən keçirməmişəm. Bu çempionatda mübarizə aparmaq üçün böyük motivasiyan olmalıdır – Formula1-ə hobbi kimi yanaşmaq olmaz, daim gərgin və çoxlu işləmək lazımdır.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 281
Teqlər
Paylaş

logo