B.Ekklstoun: “Avstriyaya qayıtmaq? Niyə də yox?”

Hələ 2004-cü ilin payızında Red Bull şirkətinin başçısı Diter Mateşiç öz komandasının Formula1-də perspektiv planlarından danışarkən, belə tezliklə titul qazanmağı […]

Hələ 2004-cü ilin payızında Red Bull şirkətinin başçısı Diter Mateşiç öz komandasının Formula1-də perspektiv planlarından danışarkən, belə tezliklə titul qazanmağı nəzərdə tutmurdu. O zaman jurnalistlər ondan Şpilberqdəki avtodromun bərpası barədə soruşmuşdular və Mateşiç bildirmişdi ki, “Formula1-i Avstriyaya qaytarmaq yaxşı olardı, amma belə məsələləri Berni həll edir…”

Həmin bəyanatdan beş il keçir, Red Bull artıq çempion titulunu qazanıb və daha birini qazanmağa yaxındır, yenilənmiş Avstriya trasının gələcəyi isə son günlərdə mətbuatda ən çox müzakirə olunan mövzuya çevrilib.

Mateşiç bir neçə dəfə deyib ki, Formula1-in yenilənmiş Red Bull Ring trasına qayıtması vacib məsələlərdən deyil, amma jurnalistlər bu sualı Ekklstounda verdikdə, Formula1-in kommersiya başçısı suala sualla cavab verib: “Niyə də yox?”

Hərçənd, avstriyalı üçqat dünya çempionu Niki Lauda Formula1-in ölkəsinə qayıtması perspektivini ehtiyatla qiymətləndirib: “Avtodromun bərpası Diter Mateşiçin böyük əməyidir, nəticədə biz fantastik tras almışıq, amma hələlik Formula1-in qayıtmasından danışmaq tezdir – belə məsələlərin həlli zaman tələb edir.”

Sabah Red Bull Ring-də avtodromun rəsmi açılış mərasimi keçiriləcək, mərasimdə Lə Man, DTM, NASCAR və Formula1 sürücüləri iştirak edəcəklər, Sebastyan Fettel və Mark Uebber isə trasda bir neçə dövrə vuracaqlar.

Tamaşaçılar üçün giriş pulsuzdur…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*