Monako Qran Prisi: Üçüncü sərbəst yürüşlər

Quru. Günəşli. Havanın temperaturu +17°-18° C, trasın temperaturu +26°-29° C Bu gün səhər komandalar iki gün əvvəl başladıqları işlərini davam […]

Quru. Günəşli. Havanın temperaturu +17°-18° C, trasın temperaturu +26°-29° C

Bu gün səhər komandalar iki gün əvvəl başladıqları işlərini davam etdiriblər. Asfaltın vəziyyəti yaxşı olmayıb – dünən tras ictimai nəqliyyat üçün açıq olub, bəzi sahələrdə isə kütləvi tədbirlər keçirilib.

Sessiyanın ortasında Qrojanın maşınında baryerlərlə təmasdan sonra arxa sol təkərdə problem yaranıb, amma sürücü trasa qayıda bilib. Sessiyanın sonuna 24 dəqiqə qalmış Felipe Massa 1-ci döngədə ciddi qəzaya uğrayıb. Qırmızı bayraqlar peyda olub, 8 dəqiqə sonra sessiya davam edib. Amma elə dərhal Sutil Casino döngəsində qəzaya uğrayıb. Sessiyanın son dəqiqələrində isə Qrojan uik-end ərzində 3-cü qəzasını törədib – maşın 1-ci döngədə qaldığı üçün sessiya qırmızı bayraqlar altında baaş çatıb. Mexaniklər üç maşını sıralanma turuna bərpa etmək üçün ciddi çalışmalı olacaqlar.

Protokollara isə iki gün əvvəl olduğu kimi Niko Rosberq başçılıq edib – 1:14.378.

Nəticələr belə olub:

Yer Pilot Komanda Motor Vaxt Fərq Dövrə
01 N.Rosberq Mercedes AMG Mercedes 1:14.378 22
02 R.Qrojan Lotus Renault 1:15.039 + 0.661 13
03 S.Fettel Red Bull Renault 1:15.261 + 0.883 17
04 F.Alonso Ferrari Ferrari 1:15.286 + 0.908 17
05 L.Həmilton Mercedes AMG Mercedes 1:15.311 + 0.933 20
06 K.Rəykkönen Lotus Renault 1:15.380 + 1.002 19
07 M.Uebber Red Bull Renault 1:15.550 + 1.172 20
08 P.di Resta Force İndia Mercedes 1:15.594 + 1.216 17
09 P.Maldonado Williams Renault 1:15.861 + 1.483 15
10 N.Hülkenberq Sauber Ferrari 1:15.926 + 1.548 25
11 S.Peres McLaren Mercedes 1:15.958 + 1.580 23
12 C.Batton McLaren Mercedes 1:15.976 + 1.598 19
13 J.E.Vern Toro Rosso Ferrari 1:15.976 + 1.598 21
14 D.Rikkardo Toro Rosso Ferrari 1:16.060 + 1.682 16
15 A.Sutil Force İndia Mercedes 1:16.068 + 1.690 12
16 F.Massa Ferrari Ferrari 1:16.105 + 1.727 8
17 E.Qutyerres Sauber Ferrari 1:16.427 + 2.049 26
18 V.Bottas Williams Renault 1:16.933 + 2.555 17
19 Ş.Pik Caterham Renault 1:17.902 + 3.524 20
20 Q.van der Qarde Caterham Renault 1:18.102 + 3.724 20
21 J.Byanki Marussia Cosworth 1:18.706 + 4.328 22
22 M.Çilton Marussia Cosworth 1:19.228 + 4.850 22
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Monako Qran Prisi: Üçüncü sərbəst yürüşlər

Quru. Günəşli. Havanın temperaturu +24°-25° C, trasın temperaturu +31°-34° C Cümə axşamı yağış üzündən komandalar proqramları üzrə tam işləyə bilməmişdilər. […]

Quru. Günəşli. Havanın temperaturu +24°-25° C, trasın temperaturu +31°-34° C

Cümə axşamı yağış üzündən komandalar proqramları üzrə tam işləyə bilməmişdilər. Ona görə də bu gün trasda fəal iş gedib.

İsti və günəşli hava məhsuldar işləməyə imkan verib, sessiyanın çox hissəsini sürücülər Pirelli təkərlərinin uzun məsafədə effektliyinin qiymətləndirilməsinə sərf ediblər.

Peres və Fettel baryerlərlə təmasdan qurtula bilməyiblər, amma maşınlar elə də ciddi zədələnməyiblər. Qlok bir nüsxədə hazırlanmış yeni ön antiqanadı zədələdiyi üçün köhnə versiyaya qayıtmalı olub. Di Resta tunelin çıxışında maşını saxlaya bilməyərək burun elementini sındırıb.

Sessiyanın sonuna 3 dəqiqə qalmış qırmızı bayraqlar dalğalanıb – Maldonado qəzaya uğrayıb, maşının arxa asılqanları ciddi zədələndiyi üçün mexaniklər sıralanma turuna qədər çalışmalı olacaqlar.

Sessiya qırmızı bayraqlar altında başa çatıb – prookollara Rosberq başçılıq edib…

Nəticələr belə olub:

Yer Pilot Komanda Motor Vaxt Fərq Dövrə
01 N.Rosberq Mercedes AMG Mercedes 1:15.159 25
02 F.Massa Ferrari Ferrari 1:15.197 + 0.038 21
03 S.Fettel Red Bull Renault 1:15.209 + 0.050 20
04 F.Alonso Ferrari Ferrari 1:15.210 + 0.051 20
05 R.Qrojan Lotus Renault 1:15.445 + 0.286 18
06 C.Batton McLaren Mercedes 1:15.471 + 0.312 19
07 L.Həmilton McLaren Mercedes 1:15.734 + 0.575 19
08 M.Şumaher Mercedes AMG Mercedes 1:15.893 + 0.734 23
09 S.Peres Sauber Ferrari 1:16.110 + 0.951 14
10 M.Uebber Red Bull Renault 1:16.219 + 1.060 19
11 J.E.Vern Toro Rosso Ferrari 1:16.226 + 1.067 20
12 K.Rəykkönen Lotus Renault 1:16.301 + 1.142 21
13 K.Kobayaşi Sauber Ferrari 1:16.311 + 1.152 19
14 D.Rikkardo Toro Rosso Ferrari 1:16.479 + 1.320 20
15 N.Hülkenberq Force İndia Mercedes 1:17.027 + 1.868 20
16 B.Senna Williams Renault 1:17.055 + 1.896 26
17 H.Kovalaynen Caterham Renault 1:17.276 + 2.117 25
18 P.di Resta Force İndia Mercedes 1:17.390 + 2.231 19
19 V.Petrov Caterham Renault 1:18.259 + 3.100 18
20 T.Qlok Marussia Cosworth 1:17.404 + 2.245 22
21 P.Maldonado Williams Renault 1:18.488 + 3.329 22
22 Ş.Pik Marussia Cosworth 1:19.099 + 3.940 17
23 N.Kartikeyan HRT Cosworth 1:19.147 + 3.988 19
24 P.de la Rosa HRT Cosworth 1:19.151 + 3.992 19

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Monako Qran Prisi: Üçüncü sərbəst yürüşlər

Quru. Günəşli. Havanın temperaturu +23° C, trasın temperaturu +43° C Sessiyanın başlamasından 10 dəqiqə keçmiş qırmızı bayraqlar dalğalanıb – Niko […]

Quru. Günəşli. Havanın temperaturu +23° C, trasın temperaturu +43° C

Sessiyanın başlamasından 10 dəqiqə keçmiş qırmızı bayraqlar dalğalanıb – Niko Rosberq tunelin çıxışında şikanaya girişdə qəzaya uğrayıb. Əylənmə zamanı maşını sağa çəkib, baryerlə toqquşmadan sonra sağ ön təkər maşından qopub ayrılıb. Sürücüyə xətər toxunmayıb, amma maşın ciddi zədələnib və mexniklər onu sıralanma turuna bərpa etmək üçün ciddi işləməli olacaqlar.

Sessiyanın sonuna beş dəqiqə qalmış Ste Devote döngəsində Vitantonio Liutsi qəzaya uğrayıb – F111 əvvəlcə arxa hissəsilə baryerə çırpılıb, sonra isə ön hissəsi ilə. Sürücü zədə almayıb.

Protokollara isə iki gün əvvəl olduğu kimi Fernando Alonso başçılıq edib…

Nəticələr belə olub:

Yer Pilot Komanda Motor Vaxt Fərq Dövrə
01 F.Alonso Ferrari Ferrari 1:14.433 18
02 C.Batton McLaren Mercedes 1:14.996 + 0.563 17
03 F.Massa Ferrari Ferrari 1:15.024 + 0.591 19
04 S.Fettel Red Bull Renault 1:15.245 + 0.812 19
05 M.Şumaher Mercedes GP Mercedes 1:15.310 + 0.877 21
06 L.Həmilton McLaren Mercedes 1:15.386 + 0.953 14
07 M.Uebber Red Bull Renault 1:15.529 + 1.096 19
08 X.Algersuari Toro Rosso Ferrari 1:16.617 + 2.184 13
09 S.Buemi Toro Rosso Ferrari 1:16.736 + 2.303 15
10 S.Peres Sauber Ferrari 1:16.821 + 2.388 19
11 P.di Resta Force İndia Mercedes 1:16.990 + 2.557 20
12 R.Barrikello Williams Cosworth 1:17.196 + 2.763 13
13 P.Maldonado Williams Cosworth 1:17.333 + 2.900 17
14 K.Kobayaşi Sauber Ferrari 1:17.403 + 2.970 18
15 V.Petrov Lotus Renault GP Renault 1:17.779 + 3.346 17
16 N.Haydfeld Lotus Renault GP Renault 1:17.880 + 3.447 17
17 A.Sutil Force İndia Mercedes 1:18.069 + 3.636 17
18 H.Kovalaynen Team Lotus Renault 1:18.115 + 3.682 20
19 T.Qlok Marussia Virgin Cosworth 1:18.580 + 4.147 21
20 J.D’Ambrozio Marussia Virgin Cosworth 1:18.808 + 4.375 21
21 Y.Trulli Team Lotus Renault 1:19.259 + 4.826 19
22 V.Liutsi Hispania Cosworth 1:20.115 + 5.682 15
23 N.Kartikeyan Hispania Cosworth 1:20.278 + 5.845 16
24 N.Rosberq Mercedes GP Mercedes 3

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*