21 Noyabr 2019, Cümə axşamı - 14:38

Avstriya-2016: İkinci sərbəst yürüşlər

Avstriya-2016: İkinci sərbəst yürüşlər

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

17:49 - 01 İyul, 2016

Nahar fasiləsi zamanı Şpilberqin səmasını buludlar tutub. Sürücülər sessiyaya başlayanda tras hələ quru olub, amma bir neçə dəqiqədən sonra yağış başlayıb.

F-1.az bildirir ki, trasda olan sürücülər sürüşməyə başlayıblar – Kimi Rəykkönen 5-ci döngədə, Serxio Peres isə 8-ci döngədə trasdan çıxıblar. Yağış gücləndiyi üçün sürücülər sürətlərini tam azaldaraq boksa qayıtmalı olublar. Batton ilk cəhdindən pit-leynə dönə bilməyib, sulu asfaltda maşın kənara sürüşüb. Palmer də yerində fırlanıb, amma yekunda hamı sağ-salamat boksa çata bilib.

Start düzlüyündə gur sulu çay əmələ gəlib, komandalar və sürücülər vəziyyətin normallaşmasını gözləməli olublar. 15 dəqiqədən sonra yağış yavaşıyıb, yarım saatdan sonra sürücülər trasa çıxmağa başlayıblar – birinci Rikkardo keçid təkərlərlə boksu tərk edib.

Ferstappen 9-cu döngədə fırlanıb, Rikkardo və Hülkenberq təhlükəsizlik zonalarına səyahət ediblər. Tras quruduğu üçün son 20 dəqiqədə sürücülər sliklərə keçiblər.

Mühəndisi Qutyerresi xəbərdar edib ki, Həmiltonu buraxması üçün sürətini azaltmalıdır, amma Esteban mühəndisini düzgün başa düşmədiyi üçün Lyuis toqquşmadan son anda qurtula bilib.

Sessiyanın sonunda Fettel 2-ci döngədə əylənmədə maşına nəzarəti itirərək çınqıllı sahəyə çıxıb və orada qalıb.

Nahardan əvvəl olduğu kimi, protokollara Niko Rosberq başçılıq edib, amma səhər göstərdiyi nəticəyə uduzub. Sabah məşqlər davam edəcək…

YerNSürücüKomandaZamanFərqDövrə
16Niko RosberqMercedes AMG1:07.96725
244Lyuis HəmiltonMercedes AMG1:07.986+ 0:00.01919
327Niko HülkenberqForce İndia1:08.580+ 0:00.61328
45Sebastyan FettelFerrari1:08.589+ 0:00.62225
53Daniel RikkardoRed Bull1:08.649+ 0:00.68230
655Karlos SaynsToro Rosso1:08.713+ 0:00.74632
733Maks FerstappenRed Bull1:08.761+ 0:00.79420
87Kimi RəykkönenFerrari1:08.820+ 0:00.85323
977Valtteri BottasWilliams1:08.941+ 0:00.97424
1022Censon BattonMcLaren1:08.994+ 0:01.02730
1114Fernando AlonsoMcLaren1:09.075+ 0:01.10826
1219Felipe MassaWilliams1:09.184+ 0:01.21717
1326Daniil KvyatToro Rosso1:09.207+ 0:01.24026
1411Serxio PeresForce İndia1:09.226+ 0:01.25932
1520Kevin MaqnussenRenault1:09.525+ 0:01.55819
1630Colion PalmerRenault1:10.020+ 0:02.05323
1794Paskal VerlyaynManor1:10.034+ 0:02.06720
1821Esteban QutyerresHaas1:10.138+ 0:02.17116
199Markus ErikssonSauber1:10.140+ 0:02.17319
208Roman QrojanHaas1:10.400+ 0:02.43331
2112Felipe NasrSauber1:10.444+ 0:02.47722
2288Rio HaryantoManor1:11.328+ 0:03.36125

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 452
Teqlər , , , ,
Paylaş

logo