N.Lauda: “Bottas ən azı Rosberq qədər güclüdür”

Mercedes komandasının qeyri-icraçı direktoru Niki Lauda bildirib ki, Valtteri Bottas ən azı Niko Rosberq qədər sürətlidir.

F-1.az xatırladır ki, Mercedes Rosberqin təqaüdə çıxmasından sonra Williams komandasındam Bottas ilə danışıqlara başlamış və rəsmi açıqlama dünən verilmişdi.

Lauda bildirib ki, finlandiyalı sürücü Mercedes üçün ən yaxşı seçimdir: “Bottas ən yaxşı seçimdir. Niko qədər sürətli olacağını bildiyimiz üçün mövsümə Həmilton-Bottas cütü ilə başlayırıq. Komandamız üçün əlverişli sürücü axtarırdıq. İndiyə qədər çempionluq mübarizəsi verə bilən iki sürücümüz var idi. Niko və Lyuis əla cüt idi. Çünki həmişə təkər-təkərə mübarizə aparırdılar. Bəzən biri, bəzən də o biri öndə olurdu. Son 3 ildə mümkün olan hər şeyi qazandıq. Buna görə də komandaya təcrübə və sürət gətirə biləcək birini istədik və Bottası transfer etdik. Sakit finlandiyalıdır və buna görə də xoşuma gəldi. Çox az danışır, amma çox işləyir. Toto ilə onu neçə illərdir tanıyırıq. İnanıram ki, komandaya tez uyğunlaşacaq”.

Lauda bildirib ki, Bottas və Həmiltona mübarizə aparmaqda sərbəstlik veriləcək: “Həmişə olduğu kimi hər iki sürücümüz də istədiyi kimi mübarizə aparacaq. Mercedes həmişə bu prindiplə işlədi və gələcəkdə də dəyişməyəcək.

Lyuis ilə danışdıq və komanda yoldaşının Bottas olacağını dedik. Lyuis də bir problemin olmadığını dedi. Məncə, hər iki sürücümüzlə də sakit bir mövsüm keçirə bilərik”.

Lauda etiraf edib ki, Rosberq karyerasını bitirdikdən sonra çətin vəziyyətdə qalıblar, amma Bottasla müqavilə bağladıqdan sonra hər şey pozitiv yöndə dəyişib: “Niko getdikdən sonra komandada qarışıqlıq əmələ gəldi. Amma Bottas gəldikdən sonra yenidən bərabər səviyyəli heyətimiz olduğu üçün rahatladıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*