V.Bottas: “Yarışdan həzz aldım”

Mercedes komandasının sürücüsü Valtteri Bottas yarışdan həzz aldığını deyib.

F-1.az xatırladır ki, finlandiyalı sürücü Yaponiya yarışının startında Fetteli keçərək liderliyə yüksəlib və builki üçüncü qələbəsini qazanıb.

Valtteri Bottas: “Sıralanma turunda nəticələr çox yaxın idi. Burada üçüncü yerdən start almaq asan olmayacaqdı. Ancaq təslim olmaq mənasız idi, çünki hər şey mümkün idi. Yaxşı start aldım və Sebastyan problem yaşadı. Buna görə də liderliyə yüksələ bildim. Bundan sonra yarışı nəzarətdə saxlayaraq qalib gəldim. Həzz aldım.

Bu komandanın bir parçası olduğumçün xoşbəxtəm. Ardıcıl 6 çempionluq təsiredicidir. Çox sevincliyəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*