V.Bottas: “Ferrari-dən gözləməzdim”

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, Ferrari-lər çox sürətli olduları üçün əlindən heç nə gəlməyib.

F-1.az xatırladır ki, finlandiyalı sürücü Çində sıralanma turunda lider Fetteldən təxminən 0.6 saniyə geridə qalaraq 3-cü olub.

Valtteri Bottas: “Sıralanma turunda getdikcə güclənirik. Bu, komanda üçün müsbət haldır. Amma asfaltla ilişməyə görə Ferrari-dən geridə qalırıq. Onları qabaqlamaq üçün çox işləməliyik. Hazırda heç nə itirilməyib. Sərbəst yürüşlərdə yarış tempimiz yaxşı idi və sabah bizi uzun yarış gözləyir. Red Bull da bizə arxadan təhdiddir. Ferrari ilə mübarizə apararkən onlara da nəzarət etməliyik. Buradan ən yaxşı nəticə ilə ayrılmalıyıq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*