11 Dekabr 2018, Çərşənbə axşamı - 17:28

Çin-2016: Trasda dəyişikliklər və ötmə (DRS) zonaları

Çin-2016: Trasda dəyişikliklər və ötmə (DRS) zonaları

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

22:47 - 12 Aprel, 2016

Növbəti Qran Pri ərəfəsində FİA keçən illə müqayisədə trasdakı dəyişikliklər barədə məlumatı dərc edib və DRS-dən istifadə zonalarını təsdiq edib. Xatırladaq ki, son reqlamentə uyğun olaraq, Şanxayda da Formula1 sürücülərini iki DRS zonası gözləyir.

F-1.az trasın rəsmi saytına istiandən bildirir ki, keçən illə müqayisədə təşkilatçılar 9-cu və 10-cu döngələrin apeksində mövcud olan porebriklərin arxasında ikinci cərgə porebriklər düzüblər. Yeni porebrik cərgəsi birinci cərgədən 50 mm hündürdür, uzunluğu 3 metr, eni isə 1 metrdir.

Çin trasında bu il ötmə (DRS) zonaları elə əvvəlki sahələrdə yerləşəcək – hücum etmək istəyən sürücülər arxa qanadın hərəkətli elementini start düzlüyündə və 13-cü döngədən 14-cü döngəyədək olan düzlükdə aktivləşdirə biləcəklər. Maşınlar arasındakı interval 12-ci və 16-cı döngələrin girişində ölçüləcək.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 414
Teqlər , ,
Paylaş

logo