15 İyul 2019, Bazar ertəsi - 22:13

C.Batton düzgün yarışmağa hazırlaşır

C.Batton düzgün yarışmağa hazırlaşır

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

16:15 - 03 Oktyabr, 2009

Censon Battonun sözlərinə görə, o yaxşı başa düşür ki, titulu artıq Yaponiyada qazana bilər, amma bunun üçün heç bir hiyləyə […]

Censon Battonun sözlərinə görə, o yaxşı başa düşür ki, titulu artıq Yaponiyada qazana bilər, amma bunun üçün heç bir hiyləyə əl atmağa hazırlaşmır. Öz komanda yoldaşı Rubens Barrikellonu 15 xal qabaqlayan Batton bildirib ki, Rubensi vurub trasdan çıxarmaqla dünya çempionu olsa da, bundan mənəvi həzz ala bilməyəcək…

Censon Batton: “Nəsə eləsəm, məsələn, onun qarşısında qəsdən motoru söndürsəm və s., mən hesab edirəm ki, özümü və azarkeşlərimi aldatmış olaram. Məncə, bu cür düşünən təkcə mən deyiləm. Əgər Rubensin xasiyyəti başqa cür olsa idi, mən bəlkə də ona başqa cür yanaşardım. Əgər mənim ondan acığım gəlsəydi, onda vəziyyət başqa cür olardı.

Bütün ömrü boyu düşünəcəksən ki, titulu yalanla əldə etmisən, bunu bir mənası varmı? Məsələn, dövrədə şikananı kəsib yaxşı nəticəs göstərmək olar, amma bu düzgün deyil. Belə etmək bankı oğurlamağa bənzəyir. Ona görə də mən yarışda aqresiv olmayacam. Bunun mənası yoxdur. Hər şeyi səliqəli və dəqiq etmək lazımdır.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 246
Teqlər
Paylaş

logo