Marussia Virgin komandasında kadr dəyişikliyi

Yeni mövsüm ərəfəsində Marussia Virgin komandasında ciddi kadr dəyişiklikləri baş verib. Komandanın bu ildən titul sponsoru olacaq Rusiyanın Marussia Motors […]

Yeni mövsüm ərəfəsində Marussia Virgin komandasında ciddi kadr dəyişiklikləri baş verib. Komandanın bu ildən titul sponsoru olacaq Rusiyanın Marussia Motors rəhbərliyi komandada aparıcı vəzifələrə təyin olunublar.

Nikolay Fomenko komandanın mühəndis departamentinə başçılıq edəcək. O, komandanın texnoloji proqramlarına nəzarət edəcək.

Marussia Motors-un Britaniya şöbəsinin başçısı Əndi Uebb komandanın icraçı direktoru təyin olunub.

Qrəhəm Loudon komandanın prezidenti olacaq – Qrəhəm 2000-ci ildən Manor komandasında çalışır, 2009-cu ildən Virgin Group komandanı alaraq Formula1-ə gətirdi. Qrəhəm əvvəlki kimi komandanın maraqlarını FOTA-da təmsil edəcək və paralel olaraq idman direktorunun vəzifələrini icra edəcək.

Jordan, Midland və Force İndia komandalarının keçmiş əməkdaşı Yan Fillips Marussia Virgin komandasında əməliyyat direktoru vəzifəsini tutub.

Komandanın başçısı və yarış direktoru vəzifəsini isə Manor komandasının təsisçisi Con But özündə saxlayıb, amma ehtima etmək olar ki, onun səlahiyyətləri keçən illə müqayisədə xeyli azalacaq.

Yeni təyinatlar komandanın təşkilati strukturunu gücləndirməyə yönəlib – komanda bu mövsümü ilk onluqda başa vurmağa çalışır…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*