20 Avqust 2019, Çərşənbə axşamı - 03:20

J.Vilnöv: “Gənc sürücülərin Formula1-də olması doğru deyil”

J.Vilnöv: “Gənc sürücülərin Formula1-də olması doğru deyil”

Müəllif: Rauf Hacıyev, redaktor

06:11 - 15 Dekabr, 2016

Formula1 üzrə Dünya Çempionu Jak Vilnöv bildirib ki, gənc sürücülərin Formula1-ə gəlməsi idman haqqında səhv düşüncələr yarada bilər.

F-1.az xatırladır ki, Maks Ferstappen 17 yaşında Formula1-də debüt etmişdi. Gələn il isə Ləns Stroll 18 yaşında Williams komandası ilə debüt edəcək. Hər iki sürücü də Formula3-dən birbaşa Formula1-ə gəlib.

Amma Vilnöv gənc sürücülərin Formula1-ə belə tez gəlmələrini doğru saymır və düşünür ki, insanlar Formula1-də çıxış etməyin asan olduğunu zənn edirlər: “Onların çantaları hələ də dolu deyil. Normal halda Formula1-ə yarıya qədər dolu çanta ilə gəlirsiniz və digər yarısını da yarışaraq doldurursunuz. Amma onların çantası hələ çox təzədir və qiymət etiketi hələ qoparılmayıb. Bu doğru deyil. Burada sənin çox istedadlı olmağın vacib deyil. Formula1 idmanın zirvəsidir. Buna görə də nəsə çatışmır. Çox istedadlı və sürətli ola bilərsən, amma insanlar bunu başqa cür başa düşürlər. Buraya gəlmək çətin olmalıdır, amma belə deyil”.

Kanadalı çempion inanır ki, gələn il Formula1-də debüt edəcək yerlisi Stroll rəqiblərinə meydan oxuya biləcək: “Çox sürətli sürücüdür, amma psixoloji cəhətdən necə olduğunu bilmirəm. Çünki Formula1-də işlər başqa cürdür.

Stroll təhsilli oğlandır və buna görə də böyüdükcə daha güclü ola bilər, ya da özünü məhv edə bilər. Bunu bilmirik.

Amma bu elə də vacib deyil. Formula1-ə gəlmək üçün pulu var. Niyə gözləsin? İşlər belə gedir. GP2-də yarışıb qalib gələ bilməsə, imici zədələnə bilər”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 1. 410
Teqlər , ,
Paylaş

logo