M.Ferstappen mükafat alıb

F-1.az xəbər verir ki, Honda ikiqat dünya çempionuna titul münasibəti ilə Honda NSX Type S maşınını hədiyyə edib.

Belə ki, həftəsonu çərçivəsində Honda şirkətinin sədri Seiji Kuraişi gənc ikiqat dünya çempionunun son iki mövsümdəki uğurlarından danışıb, bundan sonra ona maşının açarlarını təqdim edib.

Maks Ferstappen: “Bu, əla avtomobildir və onu əldə etdiyim üçün çox fəxr edirəm. Çox sağ olun”.

,