F.Vassyör Sauber-ə keçir?

Formula2 komandası ART-ın rəhbəri olan Frederik Vassyör Sauber komandasında Monişa Kaltenbornu əvəzləməyə yaxıındır.

F-1.az xatırladır ki, Monişa fikir ayrılığına görə Sauber komandasındakı rəhbər vəzifəsindən getmişdi. Sauber komandasında rəhbər vəzifəsinə digər namizədlər isə Deyv Rayan, Qrem Loudon, Yos Kapito və Kolin Kollesdir. Lakin bəzi iddialara əsasən, Kolles bu vəzifə ilə maraqlanmır.

Qeyd edək ki, Vassyör 2016-cı ildə Renault komandasına rəhbərlik etmiş, lakin 2017-ci ilin yanvarında gözlənilmədən komandadan ayrılmışdı. Amma Vassyör ART komandasındakı bütün idarəçiliyi komanda daxilindəki işçilərə verib və buna görə də Formula1-də bir komandada işləməyə pis baxmır..

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*