D.Rayan: “İnkişaf üçün güclü qaynaqlarımız var”

Manor komandasının idman direktoru Deyv Rayan komandasının Mercedes mühərriklərinə və yeni şassiyə keçməsindən sonra mövsümə yaxşı başlamağı gözləyiblər və əlavə edib ki, inkişaf üçün yaxşı qaynaqları var...

F-1.az xatırladır ki, Manor komandası Mercedes-in güc qurğusundan və Williams-ın ötürmələr qutusundan istifadə edir və bu mövsüm üçün yeni şassi yığıblar. Ona görə də britaniyalılar mövsümə yaxşı başlanğıc gözləyirdilər, amma onlar yenə də sonuncu yeri tutdular.

Deyv Rayan: “Gözlədiyimiz yerdə deyilik. Düzdür, biz Avstraliyada sonuncu yerdə olmağı gözləyirdik, bu bizim üçün minimum gözlənti idi.

Mən istəyərdim ki, 14 və ya 16-cı yerləri tutaq. Bu bizim üçün çox yaxşı olardı, amma o yerləri tuta bilmədik.

Heç olmasa, rəqiblərimizə yaxın idik. Onlardan çox da geri qalmadıq. Keçmiş illərə nisbətən yaxşı vəziyyətdəyik.

Biz bolidi yaxşılaşdırmaq üçün həvəslə və istəklə işləyirik və inkişaf üçün əlimizdə əla qaynaqlar var.

Biz zəif olduğumuz sahələri, hansı sahələr üzrə işləməli olduğumuzu bilirik, amma gedib onları mağazadan ala bilmirik.

Bolidi ya öz evinizdə inkişaf etdirməlisiniz, ya da problemləri həll etmək üçün vaxt sərf etməlisiniz. Problemləri sürətlə həll etmək mümkün deyil və mən bunu başa düşürəm.

Problemləri daha tez həll etmək üçün hansı nöqtələr üzərində işlədiyimizi görə bilərsiniz. Əvvəlki illərdə bunu edə bilmirdik.

Biz burada olmaq üçün çox işlədik. İndi isə biz inkişaf etməliyik və göstərməliyik ki, biz bura layiqik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*