E.Okon startda 3 yer itirəcək

Stüardlar sıralanma turunun birinci sessiyasında dördüncü döngədə Esteban Okonla Colion Palmer arasındakı insidenti araşdırıblar və Manor-un sürücüsünü cəzalandırıblar.

F-1.az xəbər verir ki, sıralanma turunun ilk sessiyasında aşağı sürətlə boksa qayıdan Esteban Okon dördüncü döngədə trayektpriyasında qalıb, arxadan gələn və sürətli dövrəsində olan Colion Palmeri ləngidib. Komanda Okona arxadan sürətlə yaxınlaşan Palmer barədə məlumat verməyib və sürücü bundan vaxtında xəbər tutmayıb. Lakin stüardlar bunu yüngülləşdirici amil kimi nəzərə almayıblar və fransız sürücü startda 3 yer itirmək cəzasından əlavə, 2 cərimə balı alıb.

116741

, , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*