Braziliya-2018: Birinci sərbəst yürüşlər

Birinci sessiyada 3 əvəzləmə olub - Sauber-də Antonio Covinatsi, McLaren-də Lando Norris, Racing Point-da isə Nikolas Latifi əsas sürücüləri əvəz ediblər.

F-1.az bildirir ki, Daniel Rikkardo sessiyanın əvvəlində zaman itirməli olub – komanda onun maşınında turbini dəyişib, avstraliyalı sürücü isə yarışın startında 5 yer itirəcək.

Ferrari İnterlaqosa yeni altlıq gətirib – hər iki sürücü yeniliyi test edib. Mercedes isə arxa qanadın iki fərqli konfiqurasiyası ilə işləyib. Digər komandalar isə növbəti mövsüm üçün hazırladıqları yenilikləri sınaqdan keçiriblər.

Göy üzünün buludlarla örtülməsinə və yağışın yağması ehtimalına baxmayaraq, asfalt bütün sessiya ərzində quru qalıb və komandalar təkərlərlə işləyə biliblər.

Valtteri Bottasın maşınında yağ sızması ehtimal olunsa da, şübhələr təsdiq olunmayıb və sürücü işini davam etdirib.

Maks Ferstappen protokollara başçılıq edib – 1:09.011, ilk üçlükdə yer alan üç komandanın sürücüləri 0.1 saniyəyə yerləşiblər.

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 33 Maks Ferstappen Red Bull 1:09.011 16
2 5 Sebastyan Fettel Ferrari 1:09.060 + 0:00.049 20
3 44 Lyuis Həmilton Mercedes 1:09.107 + 0:00.096 28
4 3 Daniel Rikkardo Red Bull 1:09.395 + 0:00.384 23
5 7 Kimi Rəykkönen Ferrari 1:09.573 + 0:00.562 28
6 77 Valtteri Bottas Mercedes 1:09.679 + 0:00.668 23
7 8 Roman Qrojan Haas 1:09.922 + 0:00.911 28
8 20 Kevin Maqnussen Haas 1:10.236 + 0:01.225 15
9 16 Şarl Lekler Sauber 1:10.346 + 0:01.335 28
10 31 Esteban Okon Racing Point 1:10.361 + 0:01.350 34
11 55 Karlos Sayns Renault 1:10.662 + 0:01.651 34
12 27 Niko Hülkenberq Renault 1:10.679 + 0:01.668 34
13 36 Antonio Covinatsi Sauber 1:10.685 + 0:01.674 29
14 18 Ləns Stroll Williams 1:10.799 + 0:01.788 30
15 10 Pyer Qasli Toro Rosso 1:10.934 + 0:01.923 30
16 47 Lando Norris McLaren 1:11.013 + 0:02.002 28
17 35 Sergey Sirotkin Williams 1:11.037 + 0:02.026 30
18 28 Brendon Hartli Toro Rosso 1:11.176 + 0:02.165 32
19 2 Stoffel Vandorn McLaren 1:11.452 + 0:02.441 23
20 34 Nikolas Latifi Racing Point 1:11.493 + 0:02.482 34
, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*