21 Sentyabr 2019, Şənbə - 06:58

P.Verlyayn hazırdır?

P.Verlyayn hazırdır?

Müəllif: Rauf Hacıyev, redaktor

15:16 - 08 Mart, 2017

Sauber komandasının sürücüsü Paskal Verlyayn bildirib ki, testlərin ilk günündə bel ağrısı olmayıb və testlərə davam edəcək gücdədir.

F-1.az xatırladır ki, Paskal Verlyayn yanvar ayında Çempionlar Yarışında qəza etmiş və belini zədələmişdi. Buna görə də almaniyalı sürücü ilk testləri buraxmalı olmuşdu.

Amma 22 yaşlı sürücü bildirib ki, artıq beli düzəlib və yenə də testlərdə iştirak edə biləcək: “Özümü yaxşı hiss edirəm. İlk günə görə sevincliyəm. Bolidə mindim və ağrımırdım. Nahara qədər çox xoşbəxt idim və çox yaxşıyam.

Təbii ki, özümü bir az yorğun hiss edirəm. Ancaq ağrı hiss etmirəm. İkisi də fərqli şeylərdir. Belimin bir neçə dövrədən sonra ağrımaması əla oldu.

Tezliklə köhnə formamı bərpa edəcəm. İlk yarış təbii ki, çətin olacaq. Çünki hər şey yeni olacaq. Yeni mühərrik, yeni təkərlər, yeni reqlament. Testlərdə iki gün itirdim. Buna görə də başlanğıcda çətin olacaq, amma qısa müddət ərzində tempi tutacam və lazım olan yerə çatacam”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 544
Teqlər , ,
Paylaş

logo