M.Binotto sürücülərindən razıdır

Ferrari komandasının rəhbəri Mattia Binotto sürücülərinin performansından razı qalıb.

F-1.az xatırladır ki, “qırmızılar”ın dördqat Dünya Çempionu olmuş sürücüsü Sebastyan Fettel xüsusilə son yarışlarda yaxşı performans göstərərək, iki podium qazanıb. Gənc Şarl Lekler də mövsümün ilk hissəsində iki poul və bir neçə dəfə podium əldə edib. Lakin hər iki sürücü də bu mövsüm aktivlərinə qələbə yazdıra bilməyib.

Mattia Binotto: “Sebastyan həmişə olduğu kimi bu il də mükəmməldir. Hokkenhaym və Macarıstan yarışlarında özünü yaxşı tərəfdən göstərdi. Təcrübəlidir və təkərləri necə işlədəcəyini bilir. Fettel əla işlər görür.

Şarlın Ferrari-də ilk mövsümüdür. İlk dəfədir ki, bu cür təzyiq altında yarışır. Bir neçə səhv etsə də, bunlardan nıticə çıxardı və təkrarlamamağa çalışdı. Tez öyrənir və inkişafından razıyıq. Komandaya tez öyrəşdi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*