Arvid Lindblad: “Bir çox məqamda reallıq gözləntilərimi üstələdi. Formula1-də hələ ilk mövsümümü keçirirəm, amma indidən bu qədər gözəl an yaşadım! Bizim möhtəşəm komandamız var. Məni çox səmimi qarşıladılar və həqiqətən kömək etdilər.
Daha əvvəl də demişdim ki, bu il öz arzumun içində yaşayıram. Uşaqlıqdan Formula1-də yarışmağı xəyal etmişəm və indi buradayam. Xüsusilə Melburndakı ilk yarış, ümumiyyətlə, debüt həftəsonu yadda qaldı – bu, inanılmaz idi. Startdan əvvəl bir az kövrəldim, amma tez özümü ələ aldım.
Daha sonra tanımadığım traslarda mərhələlər oldu, Şanxayda və Suzukada sürdüm və düşünürdüm ki, əvvəllər Formula1 oyunlarında bu trasları tez-tez seçirdim, indi isə həqiqətən orada yarışıramsa. Real həyatda bu, kompüterdəkindən qat-qat maraqlıdır!
Həqiqətən məni təsirləndirən növbəti məqam isə Silverstoundakı ev mərhələsi oldu. Bu yarışı televiziyada o qədər çox izləmişdim! Yadımdadır, start düzlüyündə dayanıb öz-özümə soruşurdum: bu, doğrudanmı mənim başıma gəlir?”



