Lindblad: Alpine-dəki rəqiblərimiz bizi təəccübləndirməyi bacardılar

Monzada Arvid Lindblad sıralanma turunun final mərhələsinə yüksəlib, Racing Bulls-dan komanda yoldaşı, Liam Lousonu əvəzləyən Yuki Tsunoda isə mübarizəni ilk sessiyada dayandırıb…

Arvid Lindblad: “Yenidən sıralanma turunun finalına çıxmaq xoşdur, amma nəticədən bir qədər məyus qaldım. sıralanma turunun birinci və ikinci sessiyalarında inamlı çıxışlardan sonra finalda maşının potensialını reallaşdıra bilmədim. Son sürətli dövrədə təxminən 0.1 saniyə itirdim – 8-ci yer tam real idi.

Deməliyəm ki, bu, karyeram ərzində Formula1-də ən çətin sıralanma turlarından biri idi. Baş verənlər daha çox Formula3 sessiyasını xatırladırdı, çünki hamı slipstrimdən yararlanmağa çalışırdı.

Alpine-dən olan rəqiblər bizi təəccübləndirməyi bacardılar! Onlar açıq-aşkar nəyisə gizlədirdilər və məlum oldu ki, düzlükdə çox sürətlidirlər. Onların haqqını vermək lazımdır, amma biz bilirik ki, yaxşı maşınımız var, Monza isə unikal trasdır, buna görə də narahat olmağa əsas yoxdur.

Düşünürəm ki, sabah aparıcı komandalar yarış zamanı yenə də aranı aça biləcəklər, amma biz xallar uğrunda mübarizə aparmağa ümid edirik, bəzi məqamları təkmilləşdirməyə fokuslanacağıq və mümkün olan maksimum nəticəni əldə etməyə çalışacağıq”.