Arvid Lindblad: “Monzada hər şeyi minimal havaya qarşı müqavimət və maksimum güc həll edir. Ümid edirəm ki, bu bizim üçün həqiqi üstünlüyə çevriləcək.
Düşünürəm ki, hər şey alınacaq. Bizim maşın düzlükdə sürətlidir, enerji sərfiyyatının yüksək olduğu traslarda çoxlarından daha yaxşıyıq. Ümid edirəm ki, hər şey yaxşı olacaq.
Komanda daim yeniliklər hazırlayır və onların hər biri effektiv alınır, halbuki Formula1-də bu, o qədər də tez-tez rast gəlinmir. Bu il tətbiq etdiyimiz hər şey işə yaradı, hətta gözləntiləri də üstələdi. Təkmilləşdirmə yarışında lider olmağımızın əsas səbəblərindən biri də budur.
Yeniliklər gəlməkdə davam edir – bu, Alan Permeynin və Faenzadakı, eləcə də Milton Kinsdəki bütün əməkdaşların ustalığının göstəricisidir. Bu, doğrudan da sevindiricidir”.





