Lindblad: Sıralanma turunun finalına yüksəlmək üçün əlimizdən gələni edəcəyik

Racing Bulls komandasının sürücüləri Arvid Lindblad və Yuki Tsunoda İtaliya Qran Prisiniň ikinci sərbəst yürüşünü ilk onluqda başa vurublar. Komandada maşından razıdırlar və ümid edirlər ki, bu sürəti sıralanma turunda da təsdiqləyəcəklər.

Arvid Lindblad: “Monzada müsbət cümə günü keçirdik. Bu trasda Formula1 maşınını sürmək möhtəşəmdir və hesab edirəm ki, iki məhsuldar məşq sessiyası keçirdik. Komanda əla iş gördü və maşın ilk dövrədən etibarən yaxşı idarə olunurdu. Əlbəttə, üzərində işləməli olduğumuz bir neçə məqam var, amma ümumilikdə həm qısa, həm də uzun dövrələr seriyasında yaxşı formadayıq.

Görünən odur ki, bu trasda slipstrim çox effektivdir, buna görə də sıralanma turu maraqlı olacağını gözləyirəm. Sabah da hücumu davam etdirəcəyik və finala yüksəlmək üçün əlimizdən gələni edəcəyik”.