L.Norris: Hava şəraitinin dəyişməsi faydalıdır

Dünənki məşqlərdə hava şəraiti də həlledici rol oynayıb - sürücülərə ilk məşqlərdə texniki problemlər mane olubsa da, ikincinin sonlarında yağış işləməyə imkan verməyib.

F-1.az xəbər verir ki, Lando yağış zamanı trasda xeyli gölməçələrin olduğunu, lakin bunun Monreal trası ilə bağlı xoş təəssuratını korlamadığını bildirib.

Lando Norris: “Kanadaya – çox xoşuma gələn trasa qayıtmağımız olduqca xoşdur. Gün yaxşı keçdi və hava şəraitinin dəyişməsi əslində faydalı oldu. Biz optimal parametrləri tapmaq üçün çox səy göstərmişik.

Əgər balansdan danışırıqsa, sükan arxasında özümü rahat hiss edirəm və bu, ən vacib şeydir. Bununla belə, tras yaş olanda onun xarakteri tamamilə dəyişir və burada hidroplaninq vəziyyəti bəlkə də başqa yerlərdən daha pisdir.

Bununla belə, biz irəliləyirik və sabah sıralanma mərhələsində yaxşı nəticələr üçün mübarizə aparmağa davam edəcəyik”.

Qeyd edək ki, Lando dünənki ikinci məşqlərdə yalnız 13-cü nəticə göstərə bilib.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*