V.Bottas: “Təzyiq altında deyiləm”

Mercedes komandasının sürücüsü Valtteri Bottas dördüncü yerdən razı deyil.

F-1.az xatırladır ki, finlandiyalı sürücü sıralanma turunda səhv etmiş və yarışa 6-cı yerdən başlamışdı. Yarışda da mükəmməl performans göstərməyən Bottas yarışı 4-cü yerdə bitirib və ardıcıl 3-cü yarışda Həmiltonun gerisində qalıb.

Valtteri Bottas: “Təzyiq hiss etmirəm. Mövsümün əvvəlindən bəri vəziyyətdən razıyam və əylənməyə çalışıram. Sıralanma turunda səhv etdim və sıralanma turunda bunu kompensə etməyə çalışdım. Lakin alınmadı. Dördüncülüyə görə sevinmirəm. Amma ən azından bir neçə pillə yüksəldim və sürətli dövrəyə görə əlavə 1 xal qazandım. Fürsət gözləyirdim. Lakin çox geridə qaldım. Pit-stopdan sonra problem olmadı. Əksinə sürətlənmişdim. Lakin şənbə günü ciddi səhv etdim”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*