E.Okon: Seriyamızı davam etdirəcəyik

Aıpine komandasının sürücüsü Esteban Okon bildirib ki, Kanadada güclü performans göstərərək, uğurlu seriyalarını davam etdirə bilərlər.

F-1.az xatırladır ki, fransalı sürücü son 3 yarışdan xal alıb və Monakoda podiuma yüksəlib.

Esteban Okon düşünür ki, yeniliklər Kanadada onlara kömək edəcək: “Yaxşı performansımızı Kanadada davam etdirmək istəyirik. Bunun olmaması üçün heç bir səbəb yoxdur. Xüsusən də yeniliklərin gəldiyi həftədə belə şeylər fikirləşmirik. Bu həmişə yaxşı haldır.

Əvvəlki iki yarışda yaxşı inkişaf etmişdik. Xüsusən də sıralanma turunda çox güclü idik. Hələ üzərində işləməli sahələr var. Xüsusən də yarışda. Bazar günü hələ də zəifik. Hazırda Alpine üçün yeni dövr başlayıb. Ümid edirəm ki, gələcəkdə belə həftəsonları daha da çoxalar. Məsələn, Monakoda vəziyyət belə idi. Hazırda üzərində işləməli olduğumuz sahələr var, amma bunları demək inkişaf etməkdən daha asandır”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*