Rəsmən: Rikkardo Renault-dan gedir

Renault komandası Daniel Rikkardo ilə 2020-ci il mövsümünün bitməsindən sonra ayrıldığını təsdiqləyib. Müqaviləni yeniləmək üçün aparılan danışıqlar uğursuz olub. Esteban Okonun komanda yoldaşının adı sonra açıqlanacaq.

F-1.az xatırladır ki, Sebastyan Fettelin Ferrari komandasını tərk etməsi elan olunduqdan sonra avstraliyalı sürücünün adı Skuderiya ilə hallanırdı. Amma dünən Danielin McLaren komandası ilə artıq anlaşdığı məlum olub…

Siril Abitebul: “İdmanımızda, xüsusilə bugünkü müstəsna vəziyyətdə, qarşılıqlı etimad, birlik və ümumi məqsədə sadiqlik əsas amillərdir.

Əminəm ki, 2020-ci il mövsümü daha çox şey əldə etməyə imkan verəcək. Renault komandası üçün ambisiyalarımız və strategiyamız dəyişməz olaraq qalır. Danielə isə gələcək karyerasında uğurlar aruzlayırıq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*